...

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər gündəmdədir – Parlament sədrinin müavini

Siyasət Materials 18 Noyabr 2009 13:07 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərə münasib vaxtda baxılacaq", - Trend News-un məlumatına görə, çərşənbə günü jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər gündəmdədir – Parlament sədrinin müavini

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədr müavini bildirib ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər gündəmdədir.

"Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərə münasib vaxtda baxılacaq", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq. Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları nəzərə alınacaq.

Azərbaycanın hakim partiyası da seçkilərdə iştirak edən siyası və yaxud parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıdır. Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir.

Muradovanın sözlərinə görə, qanuna əlavə və dəyişikliklərin ləngiməsinin səbəbi yalnız partiyaların dövlət büdcəsindən maliyyəşməsi ilə bağlı deyil.

"Bir sıra məqamlar burada öz əksini tapmalıdır. Partiyaların sərbəstliyi, azadlığı, dövlətlə, cəmiyyətlə münasibətləri tənzimlənməlidir. Bu məsələ ilə bağlı hər hansı problem yaranmamalıdır. "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərdə də bu məqamlar nəzərə alınacaq", - vitse-spiker əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti