...

Azərbaycan və Fransa arasında ikitərəfli sənədlər imzalanıb

Siyasət Materials 10 Dekabr 2009 18:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da Parisdə Azərbaycan-Fransa ikitərəfli sənədləri imzalanıb.
Azərbaycan və Fransa arasında ikitərəfli sənədlər imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da Parisdə Azərbaycan-Fransa ikitərəfli sənədləri imzalanıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Bernar Kuşner imzalayıblar.

"Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Fransa Respublikasının Dövlət Büdcəsi, Mühasibatı, Qulluğu və İslahatı Nazirliyinin Dövlət Maliyyə Baş İdarəsi arasında texniki əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın Vergilər İdarəsinin rəis müavini Filip Rambane imzalayıblar.

Xəbər lenti

Xəbər lenti