...

Azərbaycan MSK bir dairə seçki komisiyasının bələdiyyə seçkilərinin nəticələrini ləğv edə bilər

Siyasət Materials 29 Dekabr 2009 16:51 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasının bələdiyyə seçkiləri nəticələrini ləğv edə bilər.
Azərbaycan MSK bir dairə seçki komisiyasının bələdiyyə seçkilərinin nəticələrini ləğv edə bilər

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası 96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasının bələdiyyə seçkiləri nəticələrini ləğv edə bilər.

MSK, Naftalan rayon İcra Hakimiyyətinin başçısının prossesinə müdaxilə etməsi faktını aşkarlayıb və həmin seçki komissiyasının nəticələrinin ləğv edilməsini məqsədəuyğun hesab edir. Bu barədə çərşənbə günü, MSK-nın üzvü, müraciətlərin araşdırılması üzrə işçi qrupunun rəhbəri Tofiq Həsənov iclasda deyib.

Onun sözlərinə görə, MSK, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin seçki prosesinə müdaxiləsi haqqında müraciəti nəzərdən keçirib və həmin dairə seçki komissiyasındakı müşahidəçilərin şikayətləri təsdiqlənib.

Naftalan rayon İcra Hakimiyyətinin başçısının seçki prossesinə müdaxiləsi haqqında MSK-ya 16 müraciət daxil olub.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib və əhalinin 31,86 faizi seçkilərdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti