...

Azərbaycan Prezidenti "Azadlıq prospekti" metrostansiyasının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Dekabr 2009 13:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü 8-ci mikrorayon ərazisində yerləşən Bakı metrosunun yeni inşa olunmuş "Azadlıq prospekti" stansiyasının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti "Azadlıq prospekti" metrostansiyasının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB)

RED. əlav: birinci abzasdan sonra əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü 8-ci mikrorayon ərazisində yerləşən Bakı metrosunun yeni inşa olunmuş "Azadlıq prospekti" stansiyasının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, Bakı Metropoliteninin III növbəsinin şimal sahəsinə aid olan "Azadlıq prospekti" stansiyasının tikintisinə 2006-cı ilin sonunda başlanılıb. Tikintinin layihəsi "Bakımetrolayihə" İnstitutu tərəfindən hazırlanıb. Paytaxtın 7-ci və 8-ci mikrorayonlarının, Rəsulzadə, Binəqədi qəsəbələrinin, bu istiqamətdə yerləşən Bakıətrafı qəsəbələrin əhalisi yeni stansiyanın xidmətindən istifadə edəcəklər.

Prezident İlham Əliyev stansiyanın açılışı münasibətilə metro işçilərini və inşaatçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, yeni stansiya ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq sütunsuz tağvari platforma quraşdırılıb. Tikintidə istifadə olunan material və avadanlığın bir hissəsi müxtəlif xarici ölkələrdən gətirilib.

Stansiyanın ətrafında aparılmış abadlıq işləri ilə tanış olan dövlətimizin başçısı burada Binəqədi rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, yeni stansiyanın açılışı münasibətilə onları təbrik edib.

Xəbər lenti

Xəbər lenti