...

Polşa 30 miqrantı Gürcüstana çarter reysi ilə qaytaracaq

Siyasət Materials 8 Yanvar 2010 11:06 (UTC +04:00)
Polşa hökuməti gürcüstanlı qeyri-leqalları Varşava-Tbilisi çarter reysi ilə vətənlərinə deportasiya edəcək.
Polşa 30 miqrantı Gürcüstana çarter reysi ilə qaytaracaq

Gürcüstan, Tbilisi, 08 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Polşa hökuməti gürcüstanlı qeyri-leqalları Varşava-Tbilisi çarter reysi ilə vətənlərinə deportasiya edəcək.

Gürcüstan tərəfinin məlumatına görə, söhbət sərhədi qeyri-qanuni keçdiklərinə görə Polşada saxlanılan 30 Gürcüstan vətəndaşından gedir.

Onlar hazırda qaçqın düşərgəsində saxlanılırlar və deportasiya olunacaqları günü gözləyirlər.

Deportasiya yanvarın təxminən 13-də baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti