Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan şəxsin meyiti tapılıb.
Əzizbəyov rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, bu gün Binə qəsəbəsinin yeni yaşayış massivində yerləşən dəmiryolun yaxınlığında üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.
Aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, tapılan meyit Binə qəsəbəsinin sakini 1969-cu il təvəllüdlü Arzuman İsgəndərovdur.
İsgəndərovun baş nahiyəsindən xəsarət aldığı bildirilir. Hazırda İsgəndərovun hansı şəraitdə ölməsi barədə araşdırma aparılır.
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.