...

Bakıda İran səfirliyinin ikinci binası açılıb

Siyasət Materials 1 Fevral 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir T.Cəfərov/

Bu gün Bakıda İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin və konsulluğunun yerləşdiyi ikinci binası açılıb.

Açılış mərasimində İranın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi iştirak edib.

Yeni binanın açılışı İranda İslam İnqilabının 31-ci il dönümünə həsr edilmiş təntənəli bayram tədbirlərinin başlanması ilə bir vaxta salınıb.

İran Azərbaycanla fevralın 1-dən birtərəfli qaydada vizasız rejimə başlayıb.

Xəbər lenti

Xəbər lenti