...

Mayda Voloqdada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Siyasət Materials 2 Fevral 2010 14:08 (UTC +04:00)
Mayda Voloqdada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov bu barədə Voloqda vilayətinin qubernatoru ilə görüş zamanı razılıq əldə edib. Baş konsulluğun məlumatında bildirilib.
Mayda Voloqdada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Azərbaycan , Bakı, 2 fevral / Trend , müxbir S.Ağayeva/

Mayda Voloqdada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanov bu barədə Voloqda vilayətinin qubernatoru ilə görüş zamanı razılıq əldə edib. Baş konsulluğun məlumatında bildirilib.

Azərbaycan mədəniyyəti günləri Voloqdada başlayacaq və Çerepovetsdə bitəcək. Tədbir çərçivəsində həmçinin Azərbaycanın Ümummilli liderinin xatirəsinə həsr edilmiş "Heydər Əliyev və Voloqda vilayəti" sərgisinin keçirilməsi planlaşdırılır.

Azərbaycan Baş konsulunun vilayət rəhbəri ilə görüşü Sankt-Peterburqa Voloqda vilayətinə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələrinin rəhbərlərinin səfəri çərçivəsində təşkil olunub.

Səfəri zamanı Osmanov Azərbaycanın iqtisadi imkanları barədə vilayət rəhbərinə məlumat verib. Azərbaycan və vilayət arasında birbaşa əlaqələri inkişaf etdirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti