...

Gürcüstanın eks-prezidentinin məsləhətçisi ABŞ-da saxlanılıb

Siyasət Materials 4 Fevral 2010 15:12 (UTC +04:00)
ABŞ hüquq-mühafizə orqanları Nyu-Yorkda Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin məsləhətçisi Temur Basiliyanı həbs edib. “İmedi” teleşirkanalının məlumatına əsasən, o, İnterpol tərəfindən beynəlxalq axtarışda idi.
Gürcüstanın eks-prezidentinin məsləhətçisi ABŞ-da saxlanılıb

Gürcüstan, Tbilisi, 4 fevral / Trend , müxbir N.Kirsxaliya/

ABŞ hüquq-mühafizə orqanları Nyu-Yorkda Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin məsləhətçisi Temur Basiliyanı həbs edib. "İmedi" teleşirkanalının məlumatına əsasən, o, İnterpol tərəfindən beynəlxalq axtarışda idi.

Basiliya bir neçə ay əvvəl Gürcüstan teleşkanalının teleobyektivinə düşüb. Ancaq bundan sonra heç bir tədbir görülməyib. Basilyanın özü bəyan edib ki, ABŞ şirkətlərinin birində işləyir.

Gürcüstan hökuməti Basiliyanı korrupsiya sövdələşmələrinə görə axtarır. O bir neçə milyon lari mənimsəməkdə təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti