...

Gürcüstan NATO-ya inteqrasiyanın illik milli proqramını təsdiq edib

Siyasət Materials 9 Fevral 2010 20:45 (UTC +04:00)
Bu gün Gürcüstanın NATO-ya inteqrasiyanın koordinasiyası üzrə Dövlət Komissiyasının hökumət dəftərxanasında keçirilən iclasında ANP illik milli proqram təsdiq edilib.
Gürcüstan NATO-ya inteqrasiyanın illik milli proqramını təsdiq edib

Gürcüstan, Tbilisi, 09 fevral / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanın NATO-ya inteqrasiyanın koordinasiyası üzrə Dövlət Komissiyasının hökumət dəftərxanasında keçirilən iclasında ANP illik milli proqram təsdiq edilib.

İclasa Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze başçılıq edib.

O, mətbuat konfransında deyib ki, 2010-cu ilə olan milli plan ölkənin demokratik inkişafı, müdafiə və təhlükəsizlik sahələrində, həmçinin iqtisadiyyat, təhsil, ətraf mühitin müdafiəsi, informasiyaların təhlükəsizliyi sahələrində həyata keçirilən tədbirləri əks etdirir.

Baramidzenin sözlərinə görə, yanvar ayında NATO-nun mənzil-qərargahında keçirilən NATO-Gürcüstan komissiaysının iclasında Gürcüstan nümayəndə heyəti illik milli proqramı birinci baxışa təqdim edib. "ANP iclasda müsbət qiymələndirilib. Bununla yanaşı, iradlar və tövsiyələr də səslənib. Məhz bu tövsiyələr nəzərə alınıb və ilkin varianta daxil edilib. Son variant isə bu gün təsdiq edilib", - o deyib.

Baramidzenin sözlərinə görə, martda Brüsseldə NATO-Gürcüstan komissiyası çərçivəsində Şimali Atlantika Şurası toplanacaq. Baramidze burada sənədin təsdiq edilmiş variantını şəxsən təqdim edəcək.

Bundan əlavə, dövlət naziri deyib ki, Brüsseldə bu proqramla yanaşı, Gürcüstanın işğal edilmiş əraziləri üzrə dövlət strategiyası da müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti