...

Azərbaycanda əsəb xəstəliyinə tutulanların sayı artır - deputat

Siyasət Materials 12 Fevral 2010 12:43 (UTC +04:00)
"Azərbaycanda ildə 5 min adamın psixi xəstəliyə tutulduğu qeydə alınır. Yeni anadan olan uşaqların sağlamlığının qorunması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var", - Trend News-un məlumatına görə, cümə günü Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Azərbaycanda əsəb xəstəliyinə tutulanların sayı artır - deputat

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı bildirib ki, ölkədə əsəb xəstəliyinə tutulanların sayı artır.

"Azərbaycanda ildə 5 min adamın psixi xəstəliyə tutulduğu qeydə alınır. Yeni anadan olan uşaqların sağlamlığının qorunması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Quliyevin sözlərinə görə, Azərbaycanda hemofiliyalı və talassemiyalı xəstəliklərlə yanaşı, digər problemləri də nəzərə alaraq yeni ailə quranların sağlamlığı haqqında tibbi arayış alinması zəruridir.

Xəbər lenti

Xəbər lenti