...

Azərbaycan Prezidenti Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib

Siyasət Materials 26 Fevral 2010 11:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.
Azərbaycan  Prezidenti Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir M.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.

Prezident İlham Əliyev abidə önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsini yad edib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti