...

Türkiyə Parlamentinin üzvləri müzakirələr aparmaq üçün Rusiyaya gediblər – Əhməd Davudoğlu

Siyasət Materials 5 Mart 2010 14:47 (UTC +04:00)
Türkiyə Parlamentinin üzvləri qondarma "erməni soyqırımı" məsələsinə dair müzakirələr aparmaq üçün Rusiyaya gediblər. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı CNN Turk yayıb.
Türkiyə Parlamentinin üzvləri müzakirələr aparmaq üçün Rusiyaya gediblər – Əhməd Davudoğlu

Türkiyə Parlamentinin üzvləri qondarma "erməni soyqırımı" məsələsinə dair müzakirələr aparmaq üçün Rusiyaya gediblər. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı CNN Turk yayıb.

Davudoğlunun sözlərinə görə, Cənubi Qafqaz həm Türkiyə, həm də Rusiya üçün strateji cəhətdən mühüm regiondur.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti