...

Türkiyə "erməni soyqırımı"nın tanınmasına qarşı gələcək fəaliyyət strategiyasını hazırlamalıdır – Baş nazir Ərdoğanın müşaviri

Siyasət Materials 5 Mart 2010 16:21 (UTC +04:00)
ABŞ Konqresi "erməni soyqırımı"nı tanıyarsa, Türkiyə buna qarşı gələcək fəaliyyət strategiyasını hazırlamalıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu belə hesab edir.
Türkiyə "erməni soyqırımı"nın tanınmasına qarşı gələcək fəaliyyət strategiyasını hazırlamalıdır – Baş nazir Ərdoğanın müşaviri

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir R.Hafizoğlu/

ABŞ Konqresi "erməni soyqırımı"nı tanıyarsa, Türkiyə buna qarşı gələcək fəaliyyət strategiyasını hazırlamalıdır. Baş nazir Rəcəb Tayyib Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu belə hesab edir.

"ABŞ Konqresinin ("erməni soyqırımı"na dair) qətnaməni qəbul etməməsi üçün Türkiyə əlində olan bütün imkanlardan istifadə edəcək. Hətta, Konqres tanınma haqqında qərar çıxarsa belə, bu, Türkiyəyə xüsusi təsir etməyəcək, lakin Ankara gələcək fəaliyyət strategiyasını hazırlamalıdır", - Ramazanoğlu telefon vasitəsilə Trend -a bildirib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Qətnamənin qəbulu hazırkı qərarın Türkiyə-ABŞ münasibətlərinə zərbə vurduğunu bildirən Türkiyə hökumətinin narazılığına səbəb olub.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu digər ölkələrin, o cümlədən ABŞ-ın müdaxiləsinin Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesini çətinləşdirdiyini bildirərək deyib ki, onun ölkəsi kənar təsirlərin altında fəaliyyət göstərməyəcək.

Türkiyə hökuməti Ermənistanı ABŞ Konqresi vasitəsilə Türkiyəyə təzyiq göstərməməyə, bütün arxivləri açmağa və danışıqları üz-üzə aparmağa çağırıb.

Ramazanoğlunun sözlərinə görə, 1915-ci il hadisələri zamanı "soyqırım" törədilməsi ittihamı həmişə Ankaraya təzyiq vasitəsi kimi işlədilib və ola bilsin ki, ABŞ Konqresinin "soyqırım" haqqında qanun qəbul etməsi ilə Türkiyə nəhayət bundan "canını qurtaracaq".

"Ermənilərə qarşı "soyqırım" törədilməsi barədə heç bir rəsmi dəlil yoxdur. Ermənistan heç nəyi sübut edə bilməyəcəklərindən qorxduğu üçün Türkiyənin bütün arxivləri açmaq çağırışından boyun qaçırır", - Ramazanoğlu deyib.

Bundan əlavə, onun sözlərinə görə, beynəlxalq birliklər tərəfindən arxivlərin açılması və 1915-ci il hadisələrinin araşdırılmasına dair birgə komissiyanın yaradılması üzrə Ermənistana təzyiqin yoxluğu "soyqırım"ın uydurma olduğunu sübuta yetirir.

"Hazırkı geosiyası şəraitdə ABŞ-ın Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin ABŞ-a", - Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti