...

Polşanın Baş naziri sabah Gürcüstana gələcək

Siyasət Materials 10 Mart 2010 15:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirsxaliya/

Polşanın Baş naziri Donald Tusk sabah Gürcüstana gələcək. Bu barədə Trend -a Dövlət Dəftərxanasından məlumat verilib.

Tusk səfəri çərçivəsində Prezident Mixail Saakaşvili və Baş nazir Nika Qilauri ilə görüşəcək.

Polşa Baş nazirinin, həmçinin, Gürcüstan hakimiyyətinin digər nümayəndələri ilə görüşəcəyi planlaşdırılır.

Səfərin dəqiq proqramı günün sonunda məlum olacaq.

Xəbər lenti

Xəbər lenti