...

Azərbaycan polisi ötən il axtarışda olan, MDB və digər xarici ölkələrdə gizlənmiş 134 nəfəri saxlayıb

Siyasət Materials 11 Mart 2010 13:36 (UTC +04:00)
Azərbaycan polisi ötən il axtarışda olan, MDB və digər xarici ölkələrdə gizlənmiş 134 nəfəri saxlayıb.
Azərbaycan polisi ötən il axtarışda olan, MDB və digər xarici ölkələrdə gizlənmiş 134 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 11 mart  / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan polisi ötən il axtarışda olan, MDB və digər xarici ölkələrdə gizlənmiş 134 nəfəri saxlayıb.

Trend -un məlumatına görə, bu barədə Milli Məclisin ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda məlumat verilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və interpola üzv ölkələr tərəfindən axtarışda olan 23 nəfərin yeri müəyyən edilib.

Ötən il qrup halında olan 907 ağır və xüsusilə ağır cinayətlər törətmiş və tərkibində 955 nəfəri birləşdirən 436 cinayətkar qrup, o cümlədən, 141 nəfərdən ibarət 24 mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti