...

"Erməni soyqırımı" İşveç iqtisadiyyatına zərbə vuracaq - avropalı ekspert

Siyasət Materials 12 Mart 2010 15:07 (UTC +04:00)
Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel hesab edir ki, İşveç Parlamentində qondarma "soyqırım"ın qəbul edilməsi İsveç iqtisadiyyatlna ciddi zərbə vuracaq.
"Erməni soyqırımı" İşveç iqtisadiyyatına zərbə vuracaq - avropalı ekspert

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir R.Hafizoğlu/

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel hesab edir ki, İşveç Parlamentində qondarma "soyqırım"ın qəbul edilməsi İsveç iqtisadiyyatlna ciddi zərbə vuracaq.

"Erməni soyqırımı"nın qəbul edilməsi İşveç iqtisadiyyatına zərbə vuracaq", - Kornel İsveçdən telefon vasitəsilə Trend -a bildirib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin martın 4-də keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla, qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra, martın 11-də İşveç Parlamentinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nı tanıyıb.

Rəsmi Ankara İşveç Parlamentinin və ABŞ Konqresinin "erməni soyqırımı"nı qəbul etməsinə etiraz olaraq, həmin ölkələrdəki səfirlərini geri çağırıb.

İsveçin xarici işlər naziri Karl Bildt məsələyə münasibət bildirirək, "erməni soyqırımı"nın qəbul edilməsinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlara ciddi zərbə vuracağını bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, tarixdə baş verən hadisləri siyasiləşdirmək olmaz.

Kornel hesab edir ki, qondarma "soyqırım"ın qəbul edilməsinə Türkiyə tərəfi çox sərt reaksiya verəcək.

"Fransa və Kanada qondarma "soyqırım"ı qəbul etdikdən sonra, bu ölkələrin Türkiyədə olan siyasi və iqtisadi maraqlarına ciddi zərbə dəyib", - o əlavə edib.

Kornel onu da vurğulayıb ki, qondarma "soyqırım"ın İşveç Parlamentində qəbul edilməsi müxalifətin səyi nəticəsində həyata keçib və hökumətin bunu təsdiq edəcəyi məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti