...

İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 16 Mart 2010 17:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - İlham Əliyevin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti