...

Çexiyanın eks-prezidenti Vaslav Qavelin Gürcüstana səfəri təxirə salınıb

Siyasət Materials 23 Mart 2010 13:58 (UTC +04:00)
Çexiyanın eks-prezidenti Vaslav Qavelin Gürcüstana səfəri təxirə salınıb. Gürcüstan Prezidenti Administrasiyasının Trend News-a verdiyi məlumata görə, bu barədə Çexiyanın Gürcüstandakı səfirliyindən bildirilib.
Çexiyanın eks-prezidenti Vaslav Qavelin Gürcüstana səfəri təxirə salınıb

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirsxaliya/

Çexiyanın eks-prezidenti Vaslav Qavelin Gürcüstana səfəri təxirə salınıb. Gürcüstan Prezidenti Administrasiyasının Trend -a verdiyi məlumata görə, bu barədə Çexiyanın Gürcüstandakı səfirliyindən bildirilib.

Səfər 74 yaşlı Vaslav Qavelin səhhətində yaranmış problemlərə görə təxirə salınıb.

Qavel martın 24-25-də Gürcüstanda rəsmi səfərdə olmalı və "Avropa Evi" beynəlxalq qeyri-hökumət təşkilatının açılışında iştirak etməli idi.

Vaslav Qavel 1989-1992-ci illərdə Çexoslovakiyanın Prezidenti olub. 1993-cü ildə məxməri inqilabdan sonra Çexiyanın ilk prezidenti olan Vaslav bu vəzifədə 2003-cü ilədək çalışıb.

Xəbər lenti

Xəbər lenti