...

Bu il Türkmənistan daimi bitərəflik statusunun əldə edilməsinin 15 illiyini qeyd edəcək

Siyasət Materials 27 Mart 2010 17:11 (UTC +04:00)
Türkmənistan hökuməti dekabrda daimi bitərəflik statusunun əldə edilməsinin 15 illiyi ilə bağlı əhəmiyyətli tarixi günün qeyd edilməsi üçün hazırlıq işləri aparır. Bu barədə şənbə günü "Türkmən Dövlət Xəbərləri" Xəbərlər Xidmətindən bildirilib.
Bu il Türkmənistan daimi bitərəflik statusunun əldə edilməsinin 15 illiyini qeyd edəcək

Türkmənistan, Aşqabad, 27 mart / Trend , müxbir H.Həsənov/

Türkmənistan hökuməti dekabrda daimi bitərəflik statusunun əldə edilməsinin 15 illiyi ilə bağlı əhəmiyyətli tarixi günün qeyd edilməsi üçün hazırlıq işləri aparır. Bu barədə şənbə günü "Türkmən Dövlət Xəbərləri" Xəbərlər Xidmətindən bildirilib.

Bu status 1995-ci ildə BMT-nin xüsusi qətnaməsini möhkəmləndirib. Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammədov dövlət müşavirəsi ərəfəsində "bu cür əhəmiyyətli tarixi günün şərəfinə təntənəlı tədbir keçirməyin əhəmiyyəti"ni vurğulayıb.

"Bitərəf siyasət yalnız Türkmənistanın milli maraqlarına deyil, həmçinin, müasir dövrdə aktual olan vəzifələrin həllinə yardım edərək, dünya ictimaiyyətinin maraqlarına cavab verir", - Türkmənistan Prezidenti qeyd edib.

Bu yaxınlarda BMT-nin Baş katibi Pan Gi Mun regional turnir çərçivəsində Türkmənistana səfər edəcək. Türkmənistan Prezidenti "İri beynəlxalq təşkilatın rəhbərinin qarşıdan gələn səfərinin xüsusi əhəmiyyəti"ni vurğulayıb.

"Türkmənistan gələcəkdə də konstruktiv qarşılıqlı fəaliyyət, BMT çərçivəsində ümumi dünyanın rifahı və davamlı inkişafı üçün bu kursu dəyişilməz olaraq davam etdirəcək", - o deyib.

Rəsmi Aşqabad BMT çərçivəsində energetika təhlükəsizliyi, silahsızlaşdırma və regional inkişaf sahəsində bir sıra beynəlxalq təşəbbüslər irəli sürüb.

Xəbər lenti

Xəbər lenti