...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə başsağlığı verib

Siyasət Materials 31 Mart 2010 15:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə bin Zaid əl-Nəhayana qardaşının vəfatı ilə bağlı başsağlığı verib. Çərşənbə günü AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə bin Zaid əl-Nəhayana qardaşının vəfatı ilə bağlı başsağlığı verib. Çərşənbə günü AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

"Qardaşınız Şeyx Əhməd bin Zaid əl-Nəhayanın faciəli şəkildə həlak olması xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm", - İlham Əliyevin başsağlığında bildirib.

Xəbər lenti

Xəbər lenti