...

Bakı Yol Polisi avtoxuliqan və sərxoş sürücüləri cəzalandırdı

Siyasət Materials 5 Aprel 2010 12:07 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bazar ertəsi Trend-ə bildirib ki, aprelin 3-dən 4-nə keçən gecə yol polisi Bakı küçələrində avtoxuliqan və sərxoş sürücülərin müəyyən edilməsi məqsədilə reyd keçirib.
Bakı Yol Polisi avtoxuliqan və sərxoş sürücüləri cəzalandırdı

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Şəhər Yol Polisi avtoxuliqan və sərxoş sürücülərə qarşı mübarizəni gücləndirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev bazar ertəsi Trend-ə bildirib ki, aprelin 3-dən 4-nə keçən gecə yol polisi Bakı küçələrində avtoxuliqan və sərxoş sürücülərin müəyyən edilməsi məqsədilə reyd keçirib.

Reyddə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni təyin olunmuş rəis Nuşirəvan Səfərov da iştirak edib.

Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 20-yə yaxın sürücü və 2 avtoxuliqan saxlanılıb.

Sərxoş sürücülərdən biri isə qadın olub. Saxlanılan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılıblar.

Şöbə rəisi bildirib ki, bu qəbildən olan reydlər mütəmadi davam etdiriləcək.

Bu ilin ilk rübündə Bakıda 2066 sərxoş sürücü müəyyən edilərək cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti