Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Moskva-Banqkok aviareysi ilə uçmaq istəyən İran vətəndaşından psixotrop maddə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq hava limanında İran vətəndaşı Mostafanın əl yükündən kişi sviterinin içərisinə keçirilmiş 1 ədəd sviterə və 4 ədəd coraba hopdurulmuş külli miqdarda 1500 qram metamfetamin psixotrop maddəsi tapılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.
Saxlanılan İran vətəndaşı həmin narkotiki Vəhid Həqqu adlı şəxsin göstərişi ilə Bakıya gətirib və Bakı-Moskva-Banqkok aviareysi ilə Tailand Krallığına aparmaq istəyib.
Mostafa ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilib.