...

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın dövlət rəmzlərini qeydiyyata alıb

Siyasət Materials 16 Aprel 2010 15:29 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dövlət bayrağı və gerbi beynəlxalq mühafizə məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən qeydiyyata alınıb.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın dövlət rəmzlərini qeydiyyata alıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın dövlət rəmzlərini qeydiyyata alıb.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dövlət bayrağı və gerbi beynəlxalq mühafizə məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən qeydiyyata alınıb.

Dövlət Komitəsinin ÜƏMT-nə rəsmi müraciəti əsasında qurumun Beynəlxalq Bürosu tərəfindən qeydiyyata alınmış dövlət rəmzləri haqqında rəsmi bülletendə məlumat çap edilib. Həmçinin, ÜƏMT-ın rəsmi saytında (www.wipo.int/ipdl/en/6ter) qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilib.

Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq, dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri, damğalarının əmtəə nişanı kimi və ya nişanlarda xüsusi element kimi qeydiyyatı və istifadəsinə yol verilmir.

Azərbaycan Respublikası sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 25 dekabr 1995-ci ildə qoşulub.

Xəbər lenti

Xəbər lenti