...

Fransa Rusiyaya "Mistral"ı satarkən, regional xüsusiyyətlər nəzərə alınmalıdır - ABŞ-ın Gürcüstandakı səfiri

Siyasət Materials 22 Aprel 2010 13:04 (UTC +04:00)
ABŞ-ın Gürcüstandakı səfiri Con Bas Fransanın Rusiyaya "Mistral" hərbi gəmisinin satışı zamanı "regional xüsusiyətləri" nəzərdən keçirməyin vacib olduğunu hesab edir.
Fransa Rusiyaya "Mistral"ı satarkən, regional xüsusiyyətlər nəzərə alınmalıdır - ABŞ-ın Gürcüstandakı səfiri

Gürcüstan, Tbilisi, 22 aprel/Trend müxbir N.Kirsxaliya/

ABŞ-ın Gürcüstandakı səfiri Con Bas Fransanın Rusiyaya "Mistral" hərbi gəmisinin satışı zamanı "regional xüsusiyətləri" nəzərdən keçirməyin vacib olduğunu hesab edir.

"Baxmayaraq ki Rusiya ilə Fransa arasında "Mistral"ın satışı haqqında müqavilə artıq mövcuddur, hesab edirəm ki, onun inşasına illərlə vaxt sərf olunacaq", - səfir bildirib.

Fransanı bu addımı atmaqdan geri çağıran Gürcüstan hökuməti Rusiyaya "Mistral"ın satışına qarşı çıxıb. Gürcüstan Parlament üzvləri və icra hakimiyyətin nümayəndələri ötən həftə Fransa senatorları ilə görüşlər zamanı öz mövqelərini bildiriblər.

Bununla yanaşı, Fransa hesab edir ki, bu, yalnız biznesdir.

Xəbər lenti

Xəbər lenti