Azərbaycanın gücü birliyindədir, hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Azərbaycanın gücü birliyindədir, hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Red. əlavəsi: Prezident İlham Əliyevin çıxışının tam mətni əlavə olunub

Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür. Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Bizim gücümüz birliyimizdədir, Azərbaycanda hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Bu amillər ölkəmizi gücləndirir. Bu amillər ölkəmizi gələcəkdə də hərtərəfli inkişaf etdirmək üçün bizə kömək göstərəcəkdir, bunu bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev dünya dini liderlərinin Bakı sammitinin açılışında çıxışı zamanı bildirib.

"Dünya dini liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir" İlham Əliyev bildirib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Prezidentin sözlərinə görə, Azərbaycan keçən ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün böyük tədbir keçirib.

"Azərbaycanın böyük dostu, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı Kirill bu gün olduğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gözəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir.

Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verib və verməyə davam edəcəkdir.

Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir" dövlət başçısı deyib.

İlham Əliyev vurğulayıb ki, keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilib.

"Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.

Qeyd etdiyim kimi, əsrlər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Bu, bizi gücləndirir" dövlət başçısı nitqində deyib.

İlham Əliyev deyib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir.

"Biz milli dəyərlərimizə çox sadiqik. Ümumbəşəri dəyərləri bölüşürük. Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir.

Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması. Son 6 il ərzində ölkəmiz iqtisadi inkişaf baxımından dünyada birinciliyi saxlayır. İqtisadiyyatımız son altı ildə 2,8 dəfə, təxminən 300 faiz artmışdır. Ölkədə köklü sosial problemlər öz həllini tapmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu onu göstərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür. Sosial ədalət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək yerə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola bilməzlər. Ən böyük faciələrdən biri də məhz ədalətsizlikdir. Ədalətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz Azərbaycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin olunsun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan dövləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.

Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində, dünən, bu gün və sabah qəbul olunmuş və qəbul olunacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda, bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır. Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır" Prezident çıxışında söyləyib.

Dövlət başçısı deyib ki, baxmayaraq ki, bu görüşdə müxtəlif mövzular haqqında fikir mübadiləsi aparılacaq, bu gün bütün dini konfessiyaların nümayəndələrinin bir masa arxasında oturması özlüyündə böyük bir hadisədir.

"Dünən mənə verilən məlumata görə, Təzəpir məscidində çox gözəl görüş keçirilmişdir. Bütün dinlərin nümayəndələri bir-birinin sözlərinə qulaq asırdılar, fikir mübadiləsi aparırdılar. Əlbəttə ki, bu gün də açıq, səmimi fikir mübadiləsi üçün çox gözəl şərait yaradılacaqdır.

Bununla bərabər, müzakirələrin mövzusunun biri də qloballaşma ilə bağlı olan məsələlərdir. Bu, əlbəttə ki, dünya üçün nisbətən yeni bir mövzudur. Ancaq çox sürətlə yayılan bir prosesdir. Əlbəttə ki, hər bir ölkə, hər bir xalq öz milli, mənəvi dəyərlərinin qorunması üçün öz tədbirlərini görməlidir" İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qovuşan ölkədir.

"Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox güclüdür, Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üstün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna hazır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.

Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.

Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır. Əminəm, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.

Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə salamlayıram. Bir daha Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Sammitin işinə uğurlar arzulamaq istəyirəm. Ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər, tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcəkdir. Diqqətinizə görə sağ olun." Prezident çıxışının sonunda bildirib.

Düşmən Tərtər rayonunu atəşə tutub
Düşmən Tərtər rayonunu atəşə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Loading Bars
Xəbər lenti
Düşmən Tərtər rayonunu atəşə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb
İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib
İsveç Krallığında Gəncədəki terror aktları pislənilib (FOTO)
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Bütün xəbərlər