...

Azərbaycan Prezidenti Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib

Siyasət Materials 29 Aprel 2010 14:55 (UTC +04:00)
Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna gəlib.
Azərbaycan Prezidenti Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Salyana səfəri çərçivəsində əvvəlcə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev inşaatçılarla görüşündə Ələt-Astara-İran sərhədi avtomobil yolunun bölgənin inkişafındakı rolundan danışıb.

Xəbər lenti

Xəbər lenti