...

Mayın 10-u Santa-Fe şəhərində Heydər Əliyev günü elan edilib

Siyasət Materials 7 May 2010 11:56 (UTC +04:00)
Mayın 10-u Nyu-Meksiko ştatının (ABŞ) paytaxtı Santa-Fe şəhərində Heydər Əliyev günü elan edilib.
Mayın 10-u Santa-Fe şəhərində Heydər Əliyev günü elan edilib

Azərbaycan, Bakı, 7 may, /Trend/

Mayın 10-u Nyu-Meksiko ştatının (ABŞ) paytaxtı Santa-Fe şəhərində Heydər Əliyev günü elan edilib.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və Qərb ölkələri ilə tərəfdaşlıq münasibətlərinin yaradılmasındakı tarixi rolu nəzərə alınaraq, Amerika şəhəri olan Santa-Fenin meri Devid Kose mayın 10-nu Heydər Əliyev günü elan edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Nyu-Meksiko ABŞ-da Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulluq dairəsinə daxil olan 13 ştatdan biridir.

Xəbər lenti

Xəbər lenti