...

Azərbaycan və Xorvatiya prezidentləri görüşüblər

Siyasət Materials 9 May 2010 21:06 (UTC +04:00)
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mayın 9-da Moskvada görüşü olub, məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Azərbaycan və Xorvatiya prezidentləri görüşüblər

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinXorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mayın 9-da Moskvada görüşü olub, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu qeyd edilib. Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin, perspektivlərin müəyyənləşdirilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin görüşdə humanitar sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Xəbər lenti

Xəbər lenti