...

Azərbaycan və Çinin xarici işlər nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 17 May 2010 16:26 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tranzit yolu ilə ölkəmizdən keçən Çin Xalq Respublikasının xarici işlər naziri Yanq Yieçini qəbul edib.
Azərbaycan və Çinin xarici işlər nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tranzit yolu ilə ölkəmizdən keçən Çin Xalq Respublikasının xarici işlər naziri Yanq Yieçini (Yang Yiechi) qəbul edib. Məlumatı bazar ertəsi XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Çin arasındakı münasibətlərin olduğunu qeyd edərək, əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Regionda cərəyan edən proseslərə toxunan nazir Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb.

Cavab olaraq, Çinin xarici işlər naziri ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim və birmənalı olaraq dəstəklədiyini deyib.

Çin tərəfinə tutduğu mövqeyə görə minnətdarlığını bildirən Məmmədyarov qeyd edib ki, Azərbaycan Tayvanı Çin ərazisinin ayrılmaz biri hissəsi kimi tanıyır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıblar.

Xəbər lenti

Xəbər lenti