...

Tacikistan Prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 19 May 2010 12:03 (UTC +04:00)
Tacikistan Prezidenti İmoməli Rahmon İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 37-ci görüşü üçün Düşənbəyə səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla iki ölkə arasında çoxtərəfli əməkdaşlığın inkişafı barədə müzakirələr aparıb, - CA-News xəbər verir.
Tacikistan Prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Tacikistan Prezidenti İmoməli Rahmon İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 37-ci görüşü üçün Düşənbəyə səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla iki ölkə arasında çoxtərəfli əməkdaşlığın inkişafı barədə müzakirələr aparıb, - CA-News xəbər verir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər müxtəlif səviyyələrdə imzalanmış sənədlərin praktiki gerçəkləşdirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

"Hər iki tərəf ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün səylərə hazır olduqlarını bildirib", - mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

Xəbər lenti

Xəbər lenti