...

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyalarının Baş Katibliyi açılıb

Siyasət Materials 24 May 2010 12:41 (UTC +04:00)
Bazar ertəsi Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyalarının Baş Katibliyinin ofisi açılıb.
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyalarının Baş Katibliyi açılıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir R.Hafizoğlu/

Bazar ertəsi Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyalarının Baş Katibliyinin ofisi açılıb.

Ofisin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Nevzət Pakdil və Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov iştirak ediblər.

Pakdil gələcəkdə eyni kökə malik türkdilli xalqların müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməklə daha da yaxınlaşacaqlarına ümidini ifadə edib.

Türkiyə Parlamentinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanına və Fəxri Xiyabana baş çəkərək, ümummilli lider Heydər Əliyevin məzarına əklil qoyub.

Pakdil ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin türkdilli ölkələrin parlament assambleyalarının yaradılmasında xüsusi rolunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti