...

Dağlıq Qarabağda "parlament seçkiləri" münaqişənin nizamlanmasının nəticələrinə təsir etməməlidir – ATƏT sədri

Siyasət Materials 25 May 2010 12:21 (UTC +04:00)
Bu günlərdə Dağlılq Qarabağda keçirilən "parlament seçkiləri" heç bir şəkildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının nəticələrinə təsir etməməlidir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bəyan edib.
Dağlıq Qarabağda "parlament seçkiləri" münaqişənin nizamlanmasının nəticələrinə təsir etməməlidir – ATƏT sədri

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Y.Ostapenko/

Bu günlərdə Dağlılq Qarabağda keçirilən "parlament seçkiləri" heç bir şəkildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının nəticələrinə təsir etməməlidir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev bəyan edib.

Dağlıq Qarabağ separatçı rejimi bazar günü qanunsuz "parlament seçkiləri" keçirib. Bir çox beynəlxalq təşkilatlar, eləcə də Avropa Şurası bu seçkiləri tanımadıqlarını bəyan ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Qazaxıstanın dövlət katibi və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev deyib ki, ATƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və Dağlıq Qarabağın müstəqilliyini tanımadığına görə, "parlament seçkiləri"nin keçirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə heç bir əlaqəsi yoxdur və onun nəticələrinə təsir göstərməməlidir.

"Mən bir daha ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyimi bəyan edirəm və Minsk prosesi çərçivəsində bütün münaqişə tərəfləri arasında danışıqlar prosesinə yardım göstərməyi davam etdirirəm", - o bildirib.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

1990-cı ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti