...

"Azadlıq donanması"nda saxlanılmış Azərbaycan vətəndaşları fəallar olmayıb

Siyasət Materials 3 İyun 2010 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Ü.Sadıxova/

"Azadlıq donanması"nda saxlanılmış iki Azərbaycan vətəndaşı beynəlxalq fəallar olmayıblar. Bunu Trend-ə Qəzzaya humanitar yardımı təşkil etmiş Türkiyə vəqfi İHH-nin nümayəndəsi Orxan Şefik deyib.

İki Azərbaycan vətəndaşı Məhərrəm Orucov və Qaraoğlan Quliyev aksiya təşkilatçıları tərəfindən sifarişlə tutulan dəniz şirkətinin işçiləri olub. Azərbaycan vətəndaşları İsraildən Vətənə bazar günü dönəcəklər, hələ ki işçilər Təl-Əvivin Ben-Qurion aeroportunda xüsusi olaraq onlar üçün ayrılmış yerdədirlər. Bunu Trend-ə İsrail DİN-in immiqrasiya məsələləri üzrə şöbədən deyiblər.

"Hələ də iki vətəndaş İsraildədir, çünki onların reysi bazar günü baş tutacaq. Onlar Ben-Qurion adına aeroportda, ölkəni tərk etmək istəyən və ya tərk etməli olan, lakin bunu edə bilməyən şəxslər üçün xüsusi ayrılmış yerdədirlər", - dövlət strukturundan məlumat verilib. Mənbənin məlumatına görə, Azərbaycan vətəndaşları İsraili tərk etməyə və birbaşa reyslə Bakıya uçmağa razılaşıblar. Halbuki, "Azadlıq donanması"nın bir çox fəalları Türkiyəyə getmək istəyib.

Xəbər lenti

Xəbər lenti