...

Belarus Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 3 İyun 2010 21:13 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Şəhidlər xiyabanını ziyarət etmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Xəbər lenti

Xəbər lenti