...

Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub

Siyasət Materials 3 İyun 2010 21:29 (UTC +04:00)
İyunun 3-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub

İyunun 3-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham ƏliyevBelarus Prezidenti Aleksandr Lukaşenko "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzaladılar.
"Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
"Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
"Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən Hesablama Palatasının sədri Heydər Əsədov, Belarus tərəfdən Dövlət Nəzarət Komitəsinin sədri Zenon Lomat imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Belarus tərəfdən Dövlət Elm və Texnologiya Komitəsinin sədri İqor Voytov imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Belarus tərəfdən rabitə və informasiyalaşdırma naziri Nikolay Panteley imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.

Xəbər lenti

Xəbər lenti