...

Ötən ay Azərbaycan ərazisindən 80 əcnəbinin deportasiyası barədə qərar qəbul edilib - DMX

Siyasət Materials 4 İyun 2010 10:33 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin mətbuat rəhbəri Zərnişan Əhmədova cümə günü Trend-ə bildirib ki, bu barədə qərarlar may ayında qurum əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə keçirilən tədbirlərin nəticəsinə müvafiq olaraq qəbul edilib.
Ötən ay Azərbaycan ərazisindən 80 əcnəbinin deportasiyası barədə qərar qəbul edilib - DMX

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan ərazisindən 80 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Zərnişan Əhmədova cümə günü Trend-ə bildirib ki, bu barədə qərarlar may ayında qurum əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə keçirilən tədbirlərin nəticəsinə müvafiq olaraq qəbul edilib.

Tədbirlər nəticəsində 883 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 234 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 569 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə barədə qərar qəbul edilib.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 min 730 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti