...

Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olmuşdur

Siyasət Materials 7 İyun 2010 23:42 (UTC +04:00)
İstanbulda iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olub. Bu barədə məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olmuşdur

İstanbulda iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olub. Bu barədə məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Makedoniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirildi. Ölkələrimiz arasında müəyyən oxşar cəhətlərin olduğunu vurğulayan dövlət başçıları iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın faydalı olacağını və əlaqələri inkişaf etdirməyin məqsədəuyğunluğunu bildirdilər.

Makedoniya Prezidenti ölkəsinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək arzusunda olduğunu bəyan etdi.

Görüşdə ölkələrimizin müəyyən məsələlərdə bir-birinə dəstək verdiyi də qeyd olundu.

Xəbər lenti

Xəbər lenti