...

Bakıya səfər Azərbaycan - Amerika münasibətlərinin gələcək inkişafı üçün şərait yaradacaq – ABŞ Müdafiə Nazirliyinin rəhbəri

Siyasət Materials 8 İyun 2010 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.Hüseynov/

Bakıya səfər Azərbaycan - Amerika münasibətlərinin gələcək inkişafına müsbət təkan verəcək. Bu barədə ABŞ müdafiə naziri Robert Geyts Azərbaycana səfərinin yekunları ilə bağlı bildirib. Bu barədə Pentaqonun saytında dərc olunmuş məlumatda deyilir.

"Bizim qarşımızda gələn ay müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr aparmaq durur. Həmin məsləhətləşmələr zamanı biz müzakirə etdiyimiz məsələlərin çoxunu konkretləşdirəcəyik", - Geyts bildirib.  

Hərbi sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, ABŞ-ın Xəzər dənizi akvatoriyasında təhlükəsizliyin təmin olunmasına yardımı, İran və Rusiya ilə bağlı məsələlər, birgə hərbi təlimlərin sayının artırılması və kəşfiyyat məlumatlarının mübadiləsi məsələləri də müzakirə edilib.  

"Görüşdə Azərbaycan tərəfi Dağlıq Qarabağ nizamlanması prosesində irəliləyişin olmaması ilə bağlı narahatlığını ifadə etdi", - Geyts bildirib və öz növbəsində, bu barədə Amerikanın dövlət katibi Hillari Klintonu məlumatlandıracağını vəd edib. Məlumatda belə deyilir.

Xəbər lenti

Xəbər lenti