Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 71 nəfəri saxlayıblar.
DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, may ayında sərhədçilər tərəfindən 24 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb və 43 nəfər saxlanılıb.
Tutulan sərhəd pozucularının 36 nəfəri Azərbaycan , 3-ü Rusiya, 2-si Banqladeş, 1-i İran, 1-i Gürcüstan vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 40 halda 90 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay sərhədçilər tərəfindən 11 halda 77 kiloqram 110,5 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 119 halda qaçaqmal saxlanılıb.