...

Azərbaycan Prezidenti Böyük Britaniya Kraliçasını təbrik edib

Siyasət Materials 11 İyun 2010 20:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanin Kraliçasi II Elizabetə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Böyük Britaniya Kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanin Kraliçasi II Elizabetə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, əlaqələrimizin hərtərəfli genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda deyilir.

İlham Əliyev II Elizabetə ən xoş arzularımı yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti