...

Azərbaycanın prokurorluq sisteminin bir qrup əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Siyasət Materials 22 İyun 2010 13:15 (UTC +04:00)
Baş Prokurorluğun rəsmi internet saytının çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, baş prokuror Zakir Qaralovun əmri ilə konkret cinayət işinin ibtidai araşdırılması zamanı hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarına yol verildiyinə görə, Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının bir sıra məsul vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
Azərbaycanın prokurorluq sisteminin bir qrup əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq sisteminin bir qrup əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Baş Prokurorluğun rəsmi internet saytının çərşənbə axşamı yaydığı məlumatda bildirilir ki, baş prokuror Zakir Qaralovun əmri ilə konkret cinayət işinin ibtidai araşdırılması zamanı hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarına yol verdiyinə görə, Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının bir sıra məsul vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Bu sahədə işin düzgün təşkili məqsədilə konkret tapşırıqlar verilib.

Həmin tapşırıqların icrası ilə əlaqədar baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə Bakı Şəhər Prokurorluğunda istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin artırılmasına həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə mərkəzi aparatın məsul əməkdaşları, şəhərin rayon prokurorları və onların müavinləri, Daxili İşlər Nazirliyi istintaq qurumunun məsul əməkdaşı, Bakı Şəhər Baş Polis İdarəsinin "İstintaq idarəsi" və rayon polis idarələrinin istintaq şöbələrinin rəhbərləri iştirak ediblər.

Bu sahədə işin düzgün təşkili məqsədilə tədbirlər müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti