...

Azərbaycanda bəzi siyasi partiyalar seçki haqqında həqiqətə uyğun olmayan, ictimai fikri çaşdıran mənfi rəy formalaşdırır - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 23 İyun 2010 11:34 (UTC +04:00)
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bəyan edib ki, parlament seçkisi tam şəffaf, ədalətli keçiriləcək və müxalifətin ittihamları əsassızdır
Azərbaycanda bəzi siyasi partiyalar seçki haqqında həqiqətə uyğun olmayan, ictimai fikri çaşdıran mənfi rəy formalaşdırır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bəyan edib ki, parlament seçkisi tam şəffaf, ədalətli keçiriləcək və müxalifətin ittihamları əsassızdır.

"Seçkidən qabaq mütəmadi olaraq bəzi siyasi partiyalar, bəzi partiya funksionerləri həqiqətə uyğun gəlməyən seçki haqqında ictimai rəyi çaşdıran, beynəlxalq ictimaiyyətdə Azərbaycandakı seçkilər haqqında mənfi rəy formalaşdıran fikirlər səsləndirib və indiyə qədər səsləndirir. Bunlardan biz məyus oluruq, çünki seçki praktikasının təkmilləşdirilməsi ilə Azərbaycanın seçki institutlarının fəaliyyətinin şübhə altına alınmasına yönəlmiş tədbirlərlə uyğunsuzluq ortaya çıxır", - Trend-in məlumatına görə, bunu çərşənbə günü Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycanda parlament seçkilərinin noyabrın ilk həftəsində keçirilməsi nəzərdə tutulur. Bəzi müxalifət partiyaları ittiham edirlər ki, ölkədə şəffaf seçkilərin keçirilməsi üçün şərait yaradılmayıb.

Həsənov deyib ki, mövcud Seçki Məcəlləsi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu il şəffaf, ədalətli parlament seçkiləri keçiriləcək.

"Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, o cümlədən, hər bir siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmin olunması üçün müşahidə institutlarının fəaliyyətinə şərait yaradılacaq, seçilənlərlə seçki institutları arasında tam şəffaf şərait yaradılacaq", - Həsənov əlavə edib.

PA rəsmisi müxalifətin ittihamlarının öz təsdiqini tapmayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti