...

Azərbaycanın Küveyt, Misir, Türkiyə və Qazaxıstana yeni səfirləri təyin olunub

Siyasət Materials 25 İyun 2010 00:03 (UTC +04:00)
Prezident İlham Əliyev cümə axşamı Azərbaycanın Küveyt, Misir, Türkiyə və Qazaxıstana yeni səfirlərin təyin olunması barədə sərəncam imzalayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın Küveyt, Misir, Türkiyə və Qazaxıstana yeni səfirləri təyin olunub

Prezident İlham Əliyev cümə axşamı Azərbaycanın Küveyt, Misir, Türkiyə və Qazaxıstana yeni səfirlərin təyin olunması barədə sərəncam imzalayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən Tural Anar oğlu Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilərək Azərbaycanın Küveyt dövlətində səfiri təyin edilib.

Digər sərəncamla Şahin Şakir oğlu Abdullayev Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Misir Ərəb Respublikasında səfiri təyin edilib.

Prezidentin başqa bir sərəncamı ilə Faiq Nüsrət oğlu Bağırov Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

Dövlət başçısının sərəncamı əsasında Zakir Arif oğlu Həşimov Türkiyə Respublikasında və Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılaraq Azərbaycanın Qazaxıstandakı səfiri təyin edilib.

Digər sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti