...

Azərbaycanın Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışı olub

Siyasət Materials 25 İyun 2010 16:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Azərbaycanın Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub.

Heydər Əliyev meydanında inşa edilmiş mərkəzdə dahi rəhbərin büstü qoyulub.

Məlumat verilib ki, ümumi sahəsi 420 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatını əks etdirən eksponatlar, ulu öndərin şəxsi arxivindən götürülmüş sənədlər və fotoşəkillər yerləşdirilib. Mərkəz görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılıb. Mərkəzin kitabxanasında ulu öndər haqqında maraqlı kitablar toplanıb. Burada internetə qoşulmuş müasir kompüterlər, monitor quraşdırılıb, ümummilli liderin həyatına dair sənədli filmlər toplanıb.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti