...

Azərbaycan Prezidenti Lerikdə Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 25 İyun 2010 17:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Lerikdə Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumat verilib ki, 1973-cü ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Mədəniyyət evinin 300 nəfərlik zalı müasir avadanlıqla və işıq effektləri ilə təmin edilib.

Prezident İlham Əliyev rayonda aparılan abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxıb.

Bildirilib ki, rayonun coğrafi baxımdan əlverişli yerdə yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədər son illər onlarla yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Prezident İlham Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxıb.

Dövlətimizin başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisi ilə də tanış olub. Sərgidə mineral sular, arıçılıq təsərrüfatlarının məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur.

Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanıb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti