...

Bakıda Xəzərdə təhlükəsizlik məsələlərinə həsr olunmuş görüş keçiriləcək - xarici işlər nazirinin müavini Xələf Xələfov

Siyasət Materials 29 İyun 2010 12:52 (UTC +04:00)

Аzərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Hacıyev/

İyul ayında Bakıda Xəzərdə təhlükəsizlik məsələlərinə həsr olunmuş Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində tədbir keçiriləcək.

"Tədbirin keçirilmə vaxtı iştirakçıların tərkibinin tamamilə tamamlanmasından sonra dəqiqləşdiriləcək", - Xələfov deyib.

Onun sözlərinə görə, Xəzərdə təhlükəsizlik üzrə danışıqlar prosesinə start Tehran sammitində verilib.

"Bu prosesin davamı olaraq layihə hazırlanıb, biz ümid edirik, Bakıda keçiriləcək görüşdə müəyyən nəticələr əldə olunacaq", - Xələfov bildirib.

Nazir müavininin sözlərinə görə, əgər təşkilati məsələlər öz həllini tapsa, ilin sonunda Xəzəryanı ölkələrin prezidentləri səviyyəsində görüşlər gözləmək olar.

Xəbər lenti

Xəbər lenti