...

Batumidə Aİ-nin himayəsi ilə beynəlxalq konfrans keçirilir

Siyasət Materials 8 İyul 2010 10:45 (UTC +04:00)
Gürcüstanın Regional və İnfrastruktur İnkişaf Nazirliyi Avropa İttifaqı ilə əməkdaşlıq sayəsində və GTZ, CEGSTAR, NALAG şirkətlərinin dəstəyi ilə "Şeraton Palas" otelində "Avropada yerli və regional inkişaf: müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Batumidə Aİ-nin himayəsi ilə beynəlxalq konfrans keçirilir

Gürcüstan, Tbilisi, 8 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Regional və İnfrastruktur İnkişaf Nazirliyi Avropa İttifaqı ilə əməkdaşlıq sayəsində və GTZ, CEGSTAR, NALAG şirkətlərinin dəstəyi ilə "Şeraton Palas" otelində "Avropada yerli və regional inkişaf: müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfrans yerli özünüidarəetmə üzrə Avropa xartiyasının yerinə yetirilməsinə həsr olunub. Forumun məqsədi yerli və regional hakimiyyət nümayəndələri və eləcə də beynəlxalq ekspertlərlə bu istiqamətdə təcrübəni müzakirə etməkdən ibarətdir.

Konfransda Cənubi Qafqaz, Aİ ölkələrinin 150-dən çox nümayəndəsi, o cümlədən, Gürcüstanın regional və infrastruktur inkişaf naziri Ramaz Nikolaşvili, deputat və beynəlxalq səviyyəli ekspertlər iştirak edirlər.

Gürcüstan Prezidenti adından qonaqları Prezident Administrasiyasının rəhbəri David Tkeşelaşvili salamlayıb.

Xəbər lenti

Xəbər lenti