...

Azərbaycan Milli Məclisinin sədri Qazaxıstan Parlamentinin spikeri ilə görüşüb

Siyasət Materials 20 İyul 2010 13:37 (UTC +04:00)
Cenevrədə keçirilən Ümumdünya Spikerlər Konfransı çərçivəsində Qazaxıstanın nümayəndə heyətinin başçısı, Senatın sədri Kasım-Jomart Tokayev Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb. Bu barədə "Kazinform" yazır.
Azərbaycan Milli Məclisinin sədri Qazaxıstan Parlamentinin spikeri ilə görüşüb

Cenevrədə keçirilən Ümumdünya Spikerlər Konfransı çərçivəsində Qazaxıstanın nümayəndə heyətinin başçısı, Senatın sədri Kasım-Jomart Tokayev Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşüb. Bu barədə "Kazinform" yazır.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüş zamanı aktual beynəlxalq və regional məsələlər üzrə maraqlı fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı enerji əməkdaşlığı məsələləri müzakirə olunub.

Kasım-Jomart Tokayev Prezident N.Nazarbayevin təşəbbüsü ilə yaradılan Türkdilli Dövlətlərin Parlament Assambleyasının inkişafında xidmətlərinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti