...

Azərbaycanda müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz artım əldə edilib

Siyasət Materials 22 İyul 2010 17:24 (UTC +04:00)
Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz, mülki təyinatlı məhsullarda isə 6,1 faiz artım əldə edilib.
Azərbaycanda müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz artım əldə edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz, mülki təyinatlı məhsullarda isə 6,1 faiz artım əldə edilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin zavod və elmi istehsalat müəssisələrində nazirliyin istehsalat birliklərinin 2010-cu ilin birinci yarısı üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclaslarında nazir Yavər Camalov məlumat verib.

Qurumun mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, kollegiyada iş planına uyğun olaraq birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Nazir bildirib ki, hesabat dövründə respublikanın güc strukturları ilə 61,1 milyon manat məbləğində müqavilələr bağlanılıb.

Nazirlik üzrə hesabat dövründə 24 milyon manat dəyərində məhsul istehsal edilib. Bu il Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub ki, bu da 241 mərhələni əhatə edəcək.

Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilib, 19-u isə başa çatmaq üzrədir.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrası istiqamətində tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti